Moskvada qasırğa - Xəsarət alanlar var

moskvada-qasirga
Oxunma sayı: 2055

Rusiyanın paytaxtı Moskvada qasırğa səbəbindən 4-ü uşaq olmaqla, 18 nəfər xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 3-nün vəziyyəti ağırdır.

Əlverişsiz hava şəraiti ilə əlaqədar 50-yə yaxın aviareys gecikib və təxirə salınıb.

Məlumata görə, bəzi təyyarələr alternativ aerodromlara getməli olub.