Müdafiə Nazirliyi daha bir məlumat yaydı

mudafie-nazirliyi-daha-bir-melumat-yaydi
Oxunma sayı: 15499

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.

“Qafqazinfo”nun Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır: “Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”.