“Əfsuslar olsun ki, süni intellektin ortaya çıxardığı qabaqcıl nailiyyətlər daha çox informasiya texnologiyalarına, mədəniyyətə və siyasətə inteqrasiya edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Vətəndaşların hüquqlarının, müəllif hüquqlarının pozulması, siyasi həyatının cəmiyyətə başqa cür çatdırılmasının şahidi oluruq.
Xüsusilə Azərbaycandan qadın paltarında qaçan və ya aşağılayıcı ad altında sığınacaq alan şəxslər bu gün süni intellektdən Azərbaycan dövlətinə, xalqına, ordusuna qarşı olmazın yalanlarını sərgiləyirlər, süni intellektlə düzəldilmiş şəkilləri paylaşmaqla bu kimi addımlar atırlar. Bu Qanun qəbul ediləcəyi təqdirdə xaricdə yaşayan şəxslər belə süni intellektlə hansısa Azərbaycan vətəndaşının hüququnu pozduqda bu və ya digər şəkildə cinayət məsuliyyətinə cəlb olunacaq”, - deputat qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər