Narkotiklə tutulan şəxs axund imiş - Foto

narkotikle-tutulan-sexs-axund-imis
Oxunma sayı: 7605

Neftçalada qanunsuz narkotik dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, saxlanılan Samid Salamovdan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkar edilib.

Bakupost.az saytının yaydığı məlumata görə isə Samid Salamov Neftçaladakı mədrəsədə axund kimi çalışıb. O, rayonda Kərbəlayi Samid kimi tanınır. S.Salamov Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təltif edilib.

***

Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında isə Salamov Samid Şakir oğlunun adı Neftçala yan kənd məscidində dini ayin icraçısı kimi qeyd edilib. 

Faktla bağlı araşdırma davam edir.