NASA-nın ilk qadın riyaziyyatçısı dünyasını dəyişdi

nasa-nin-ilk-qadin-riyaziyyatcisi-dunyasini-deyisdi
Oxunma sayı: 1562

ABŞ-da astronavtlarla ilk Amerika kosmik gəmisinin uçuş trayektoriyasını, habelə 1969-cu ildə Apollon 11-in Aya uçuşunu hesablayan ilk afro-amerikalı riyaziyyatçı qadın, NASA-nın əməkdaşı Ketrin Conson 101 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın Tvitter səhifəsində yazılıb. Təşkilat Ketrini “amerikalı qəhrəman” adlandıraraq onun yenilikçi izinin heç vaxt unudulmayacağını yazıb.

Qeyd edək ki, Ketrin Conson irqi ayrı-seçkiliyin geniş yayıldığı illərdə NASA-ya daxil olan ilk afro-amerikalı qadın kimi tarixə keçib. 1953-1986-cı illərdə NASA-da işləyən Ketrin ilk kosmik səyahətləri zamanı Yer orbitləri ilə bağlı dəqiq hesablamalar aparıb. Onun həyatı haqqında 2016-cı ildə “Gizli fiqurlar” (“Hidden Figures”) adlı film də çəkilib.

2015-ci ildə ABŞ-ın ovaxtkı prezidenti Barak Obama tərəfindən “Azadlıq medalı” ilə təltif edilib.