NATO-nun Avropadakı ən böyük bazası tikilir

nato-nun-avropadaki-en-boyuk-bazasi-tikilir
Oxunma sayı: 1819

Rumıniyada NATO-nun Avropada mövcud olacaq ən böyük hərbi bazasının inşasına başlanılıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, baza 10 min hərbçi üçün nəzərdə tutulub. 

Ekspertlər hesab edir ki, alyansın sözügedən bazasının inşası Ukraynadakı müharibə ilə əlaqəlidir. 

Ümumi dəyəri 2,5 milyard avro təşkil edən layihəyə uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, eləcə də məktəb, uşaq bağçaları, mağaza və xəstəxananın inşası daxildir.