Navalnı vəfat etdi - Yenilənib

navalni-vefat-etdi
Oxunma sayı: 11941

Rusiyalı siyasətçi Aleksey Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. 

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Cəzaların İcrası Federal Xidməti məlumat yayıb.  

Məlumata görə, 47 yaşlı siyasətçi gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib.

Onun ölüm səbəbi araşdırılır. 

Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Yuliya Navalnaya ilə evli idi, iki övladı var.

***

Mənbənin RT-yə verdiyi məlumata görə, Navalnı tromb yaranması səbəbindən vəfat edib.

***

Labıtnanqi şəhər xəstəxanasından “RİA Novosti”yə verilən məlumata görə, həkimlər yarım saatdan çox müddət ərzində Navalnını həyata qaytarmağa çalışıblar.