Nazir Kürdəmirdə vətəndaşları qəbul etdi - Fotolar

nazir-kurdemirde-vetendaslari-qebul-etdi
Oxunma sayı: 570

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kürdəmir rayonunda Kürdəmir və Hacıqabul rayonlarının sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan əvvəl Anar Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, reabilitasiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.