“İki ölkə arasında turizmin artması və mayın 3-də Belqrad və Bakı arasında “Air Serbia” vasitəsilə həyata keçiriləcək birbaşa reysin açılması buna xüsusi töhfə verəcək”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O, Serbiyanın bütün vətəndaşlarına Bakı haqda çağırış edib:
“Şəxsən deyə bilərəm ki, Bakı gözəl şəhərdir. Onlar orada bir çox yeniliklər görə bilərlər. Şəhər Xəzər dənizinin sahilində yerləşir. O, təmiz, səliqəli şəhərdir. Mən nə zaman Bakıya səfər edirəm, yeni möcüzələr görürəm, Prezident Əliyevin Azərbaycan hökuməti ilə bir yerdə inşa etdiyi yeni və gözəl yerləri görürəm. Orada möhtəşəm muzeylər var. Bulvarlar, mehriban insanlar, təhlükəsizlik mümkün olan ən yüksək səviyyədədir. Beləliklə, bu, Serbiya vətəndaşlarına Azərbaycana səfər etmək üçün açıq bir dəvətdir.
Mən Azərbaycan vətəndaşlarını Serbiyanı ziyarət etməyə, bu ölkəni sevməyə dəvət etmək istəyirəm. Serbiya Avropa qitəsində təhlükəsizliyi ən yüksək səviyyədə olan ölkələr sırasındadır. Bizim Azərbaycan xalqı ilə qardaş və dost münasibətlərimiz var. Düşünürəm ki, ölkəmizdə ziyarət edə biləcəyiniz çox yer var. Mən təkcə Belqradı yox, digər şəhərləri, dağ istirahət mərkəzlərini, gölləri və digər yerləri nəzərdə tuturam”.
Son xəbərlər
Son Xəbərlər