Neftçalada Heydər Əliyevin xatirəsi anılıb - Foto

neftcalada-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 1478

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Neftçala rayonunda böyük ehtiramla anılıb.

“Qafqazinfo” xəbər verir ki, anım mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarələrin, müəssisələrin və təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, ziyalılar, həmçinin rayon ictimaiyyəti iştirak edib.

Onlar ulu öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəlini ziyarət edib, gül dəstələri düzüb, dərin hörmət və ehtiramla anıblar.