“Neftçi”nin futbolçusu azarkeşlərdən üzr istədi

neftcinin-futbolcusu-azarkeslerden-uzr-istedi
Oxunma sayı: 878


 “Qafqazinfo” xəbər verir ki, Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib. Klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi bunları deyib: “Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. “Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha “Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.

 Qeyd edək ki, dünən “Sumqayıta” qarşı keçirilən matçda Araz Abdullayev onu əvəz etdiyinə görə baş məşqçi Arif Əsədova hörmətsizlik edib və onun bu qərarına sərt reaksiya verib.