“Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Qərbi Azərbaycan İcmasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib.
Təmraz Tağıyevin sözlərinə görə, müqəddəs Qurban bayramı münasibətilə əslən Qərbi Azərbaycandan olan 103 yaşlı Fatma İsmayılovanın ailəsi də ziyarət olunub, qurban payı təqdim edilib.
Rayon təşkilatının sədri bildirib ki, Qərbi azərbaycanlıların ən çox məskunlaşdığı Nərimanov rayonunda daim ahıl və yaşlı sakinlər diqqətdə saxlanılır.
Son xəbərlər
Son Xəbərlər