Nigar Yaqublu Bakı İstintaq Təcridxanasına köçürüldü

nigar-yaqublu-baki-istintaq-tecridxanasina-kocuruldu
Oxunma sayı: 676

Bu barədə musavat.com-a N.Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.

N.Kərimli bildirib ki, o, Nigar xanımla görüşüb və onun sağlamlığının və əhval-ruhiyyəsinin qaydasında olduğunu görüb. N.Yaqublu vəkilə bildirib ki, özünü yaxşı hiss edir, ruh düşgünlüyünə qapılmayıv və hər şeyin yaxşı olacağına inanır.

Daha bir xəbərdə bildirilir ki, N.Yaqublunun müdafiəsinə daha iki vəkil - Adil İsmayılov və Aslan İsmayılov da qoşulub. Bundan əvvəl onun müdafiəsini Osman Kazımov və Nemət Kərimli həyata keçirirdi.

Qeyd edək ki, N.Yaqublu qohumu Aydın Acalovla birlikdə avtomobil qəzasına uğradıqdan sonra barəsində cinayət işi qaldırılıb və 2 aylıq həbs qətimkan tədbiri seçilib.