Braziliyada təyyarə binaya çırpıldı - Anbaan görüntülər

braziliyada-teyyare-binaya-cirpildi
Oxunma sayı: 431

Braziliyanın cənubunda kiçikmühərrikli təyyarənin yaşayış binasına çırpılması nəticəsində faciə baş verib.

“Qafqazinfo” “Xinhua” agentliyinə istinadən xəbər verir ki, hadisə Riu-Qrandi-du-Sul ştatının sahil şəhəri olan Kapan-da-Kanoada qeydə alınıb.

Bildirilib ki, San-Paulu şəhərindən havaya qalxan tək mühərrikli təyyarə aşağı hündürlükdə uçarkən qəfil idarəetməni itirərək binaya çırpılıb.

Qəza zamanı təyyarədə ikisi pilot, ikisi sərnişin olmaqla ümumilikdə 4 nəfər olub. İlkin məlumata görə, bir pilot və hər iki sərnişin hadisə yerində həyatını itirib. Dördüncü şəxsin taleyi barədə isə hələlik dəqiq məlumat yoxdur.

Xoşbəxtlikdən, təyyarənin çırpıldığı binanın hadisə anında boş olduğu bildirilir. Hazırda yerli hakimiyyət orqanları qəzanın dəqiq səbəblərini araşdırır.