Növbəti əsərini Qurban Qurbanova həsr etdi - Foto

novbeti-eserini-qurban-qurbanova-hesr-etdi
Oxunma sayı: 2522

Məşhur karikaturçu Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatur həsr edib.

“Qafqazinfo” xəbər verir ki, o karikaturu feysbuk hesabında paylaşıb.

Momani paylaşımına “Qurban Qurbanov - əsl Qarabağ əfsanəsi” şərhini yazıb.

Karikaturda Qurban Qurbanov at belində təsvir olunub. O, Roma imperatoru Yuli Sezara bənzədilib.