Məşhur “Rembo” seriyasından növbəti filmin çəkilişlərinə başlanılıb.
“Qafqazinfo” “The Hollywood Reporter”ə istinadən xəbər verir ki, yeni ekran işi “John Rembo” adlanacaq.
Con Rembonun gənclik illərindən bəhs edən seriyanın sayca 6-cı filmində Hollivud ulduzu Silvestr Stallone rol almayacaq.
Jalmari Helanderin rejissoru olduğu filmdə baş rolu bu il ekranlara çıxacaq “Küçə döyüşçüsü” filmində baş qəhrəmanı canlandırmış Noah Sentineo ifa edəcək.
Filmin çəkilişləri Tailandın Banqkok şəhərində aparılır.
Qeyd edək ki, seriyanın ilk filmi olan “Rembo: Birinci qan” 1982-ci ildə ekranlara çıxıb. Daha sonra 1985, 1988, 2008 və 2019-cu illərdə seriyanın növbəti filmləri çəkilib.
Son xəbərlər
Son Xəbərlər