Nyu-York hava limanları zəlzələyə görə fəaliyyətini dayandırdı

nyu-york-hava-limanlari-zelzeleye-gore-fealiyyetini-dayandirdi
Oxunma sayı: 2100

Zəlzələ ilə əlaqədar Nyu-Yorkun Con Kennedi və Nyuark Liberti hava limanlarında fəaliyyət müvəqqəti olaraq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nyu-York qubernatoru Keti Hoçul danışıb.

Siyasətçi qonşu Nyu-Cersi ştatında baş vermiş 4,8 bal gücündə zəlzələni Şərq Sahilində ötən əsrin ən böyük zəlzələsi adlandırıb.

O vurğulayıb ki, səlahiyyətlilər hələ insanların həyatı üçün təhlükə yaradan vəziyyətləri müəyyən etməyiblər, lakin istintaq davam edir.

ABŞ Federal Aviasiya Administrasiyası bildirib ki, fəlakət Nyu-Cersi, Filadelfiya və Baltimordakı hava limanlarının fəaliyyətinə də təsir göstərə bilər.