Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

nyu-yorkda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 1527

ABŞ Prezidenti Co Bayden Nyu-York ştatında qar fırtınası səbəbindən fövqəladə vəziyyət elan edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda qeyd olunub.

ABŞ lideri ştata federal səviyyədə kömək göstərilməsi barədə göstəriş verib.

Qeyd edək ki, ABŞ-də qar fırtınası ötən həftəsonu başlayıb. Ölkə üzrə fırtına zamanı 50 nəfər həlak olub, təqribən 4 min aviareys ləğv olunub.