- İlk öncə Avropa Oyunları haqqında fikirlərinizi bildirərdiniz...
- Hər şey əla təşkil olunub. Bura bizi təşkilatçılıq qane edir. Biz burda rahatıq. Yarışlar da yüksək səviyyədə keçir.
- Siz Azərbaycanda “Azəryol” voleybol klubunun şərəfini qorumusunuz. Nə deyə bilərsiniz?
- Azərbaycanda 2 gözəl il keçirmişəm. Mən bu ölkəni çox sevirəm. Biz adətən hər şeyi kənardan görürük. Amma içinə girdikcə hər şeyin başqa olduğunu görürsən. Azərbaycanda oynadığım üçün şadam.
- Avropa Oyunları üçün Bakıya gələndə doğmalıq hiss etdinizmi?
- Əlbəttə. Bu mənim üçün çox gözəl oldu. Özümü burda rahat hiss edirəm. Evimdəki kimidir hər şey. İnsanları tanıyıram.
- Yenidən qayıdıb Azərbaycanda oynamaq istəyirsiz?
- Əlbəttə. Burda oynamaq istəyirəm. Qarşıdakı mövsümdə harda oynayacağımı bilmirəm. Azərbaycanda adətən liberoya ehtiyac olur. Yenidən belə bir şey olsa, sevə-sevə qayıdıb oynayaram.
- Azərbaycan çempionatı haqqında fikirləriniz necədir?
- Həqiqətən çox gözəl çempionlar var. Maraqlıdır və məlumatım var. Yəqin ki, Avropa Oyunları vaxtı klub məşqçiləri voleybolçuları izləyəcəklər və onlarla danışıqlar aparacaqlar. Mən də onlardan biri ola bilərəm və çox sevinərəm.
- Əgər təklif gəlsə, ancaq “Azəryol”da oynamaq istəyərsiz, yoxsa başqa kluba da gedərsiz?
- Mən “Azəryol”dan öncə “İqtisadçı”da oynamışam. Yəni burdakı klublar mənə doğmadır. Fərqi yoxdur ki, hansı klubdur. Hansından təklif gəlsə, oynayaram.
- Avropa Oyunlarında Azərbaycan millisinə azarkeşlik edirsiz?
- Əgər finalda Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlsə, heç nə deyə bilmərəm. Amma belə Azərbaycan millisinə azarkeşlik edirəm. Onların oyunlarını izləyəndə ürəyimdən qələbələrini istəyirəm. Çünki orda dostlarım var.
- Onlarla hələ də əlaqə saxlayırsız?
- Əlbəttə. İndi də telefonla danışırıq, mesajlaşırıq. Burda bir-birimizi gördük. Hamısı mənə doğmadır.
Elsevər
Son xəbərlər
Son Xəbərlər