“Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları bizə məxsus obyekti məhkəmə qərarı olmadan söküb, yarım milyona yaxın ziyandayıq”.
Bu şikayətlə “Qafqazinfo”ya “Anbarım Baku” MMC-nin direktoru Qərib Paşayev müraciət edib.
Onun iddiasına görə, Binəqədi RİH-in əməkdaşı daha əvvəl şirkətdən 170 min manat pul tələb edib: “Bu, talvar tipli dəmir konstruksiyalı tikilidir. Rayonun Söyüdlü küçəsində yerləşir. Hələ söküntü işi başlamamışdan əvvəl mənə dedilər ki, “pulu versəniz, sökülməyəcək”. Lakin bizim obyekt üçün bütün zəruri icazələr mövcuddur. Bunlar Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilib. İndi biz nə edək? Belə qanun pozuntusu olar?!”
.jpg)
İddialarla əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə verilən cavab belə oldu: “Yayılan məlumat həqiqəti əks etdirmir. Binəqədi qəsəbəsi 1-ci mədən küçəsi, 72 G ünvanında xüsusi mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti-quraşdırma işlərinin aparılması aşkar edilib. Məsələ ilə əlaqədar vətəndaşa dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikintinin davam etdirilməsi müşahidə edilib. Aidiyyəti qurumlar tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin dayandırılması təmin edilib”.
Fidan Etibar


Son xəbərlər
Son Xəbərlər