Olimpiada medalları ilə bağlı problemlər üzə çıxdı - Fotolar

olimpiada-medallari-ile-bagli-problemler-uze-cixdi
Oxunma sayı: 906

2026-cı il Qış Olimpiya Oyunlarında bəzi idmançılar medalların keyfiyyətindən şikayət edir.

“Qafqazinfo” xəbər verir ki, sosial mediada lentləri qırılan, zərbə zamanı çatlayan və ya parçalanan medalların fotoları paylaşılıb.

Rəsmilər vəziyyətdən xəbərdar olduqlarını və problemi araşdırdıqlarını açıqlayıb.

Amerikalı konkisürən Alysa Liu medalının lentinin qırıldığını göstərib, xizəkçi Brizi Consonun qızıl medalı isə lentindən ayrılıb və düşərkən çatlayıb. Conson yarışdan sonra ikinci yeri tutan Emma Ayçerə medalını taxarkən tullanmamağı tapşırıb.

Almaniya biatlon komandasının bürünc medalı şənlik zamanı yerə düşüb və hadisə sosial mediada paylaşılıb.

Olimpiya Oyunlarının məsul şəxsi Andrea Fransisi medallarda hansı problem olduğunu dəqiq araşdırdıqlarını bildirib.

Medalların davamlılığı problemi əvvəlki Olimpiadalarda da qeydə alınıb.

2022-ci il Pekin və 2024-cü il Paris Oyunlarında idmançılar keyfiyyətsiz medallardan şikayət etmiş, zədələnmiş medallar istehsalçı tərəfindən dəyişdirilmişdi. Bəzi idmançılar medalların “metal qırıntısı” kimi görünməsindən narazılıqlarını ifadə edib.