Ölü doğulan körpə zirzəmiyə atılıb? - Video-Yenilənib

olu-dogulan-korpe-zirzemiye-atilib
Oxunma sayı: 2924

Paytaxtın Yasamal rayonunda “Vital Hospital”da ölü doğulan körpənin zirzəmiyə atıldığı iddia edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Yayılan videoda körpənin atası iddia edib ki, həyat yoldaşının təzyiqi qalxıb, amma ona lazımi müdaxilə edilməyib: “İynə vurmadılar, hələ yığılıb ad günü keçirirdilər”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bəzi sosial media səhifələrində “Vital Hospital”la bağlı yayılmış məlumatlar üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Klinikada lentə alınmış görüntüləri təqdim edirik: