“Ona qarşı da əməliyyat keçirilsin!”

ona-qarsi-da-emeliyyat-kecirilsin
Oxunma sayı: 2201

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Rusiyaya qarşı təzyiqi artırmağa çağırıb.

“Qafqazinfo” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, o bu istiqamətdə mümkün addımlardan biri kimi Çeçenistan lideri Ramzan Kadırova qarşı hərbi əməliyyatın keçirilməsi təklifini irəli sürüb.

Zelenskinin sözlərinə görə, Vaşinqton lazımi vasitələrə malikdir və Ukraynanı prioritet hesab edərsə, qətiyyətlə hərəkət edə bilər. O, nümunə olaraq Venesuela Prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilərək ölkədən çıxarılmasını göstərib.

“Budur, Maduro ilə bağlı bir nümunə. Ona qarşı əməliyyat keçirdilər? Keçirdilər. Bunun nəticəsini hamı, bütün dünya gördü. Bunu tez bir zamanda etdilər. Yaxşı, qoy bu qatil Kadırova qarşı da hansısa əməliyyat keçirsinlər” - Ukrayna lideri bildirib.

Zelenskinin fikrincə, belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə təsir göstərə bilər.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.