Onlar haqda yeni - Qərar verildi

onlar-haqda-yeni
Oxunma sayı: 2544

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş AXCP sədri Əli Kərimli, onun müavini Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş Eldar Əmirov yenidən məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi DTX-nin vəsatətini təmin edib. Qərara əsasən, təqsirləndirilən şəxslərin hər biri barəsində həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Ə.Kərimli, M.İbrahimE.Əmirov Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar.

***

Bu gün “Hürriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun da həbsdə saxlanılma müddəti 4 ay daha uzadılıb.

Hazırda bütün cinayət işləri DTX-də genişmiqyaslı ibtidai istintaq hərəkətləri davam etdirilir.

Sail Ağasəlim