“Onlar “kollaps” vəziyyətindədirlər” - Tramp

onlar-kollaps-veziyyetindedirler
Oxunma sayı: 453

ABŞ Prezidenti Donald Tramp İranın “kollaps” vəziyyətində olduğunu və rəsmi Tehranın Hörmüz boğazının açılması üçün Vaşinqtona müraciət etdiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika lideri özünə məxsus “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Trampın sözlərinə görə, İran tərəfi boğazın ən qısa zamanda açılmasında maraqlıdır:

“İran yenicə bizə məlumat verdi ki, onlar “kollaps” vəziyyətindədirlər. Onlar ölkəni kimin idarə etdiyini müəyyənləşdirməyə çalışarkən (mən buna nail olacaqlarına inanıram!) bizim Hörmüz boğazını mümkün qədər tez açmağımızı istəyirlər”.

İran Prezidenti Məsud Pezeşkian isə öz növbəsində ABŞ-nin hərəkətlərinin sülh bəyanatları ilə ziddiyyət təşkil etdiyini bildirib. O, Pakistan prezidenti ilə söhbətində Vaşinqtonun Tehrana təzyiqləri davam etdirdiyini vurğulayaraq, dialoq üçün ilk növbədə Hörmüz boğazının blokadasının ləğv edilməli olduğunu deyib.

Qeyd edək ki, hazırda iki ölkə arasında ötən həftə uzadılmış atəşkəs rejimi qüvvədə olsa da, boğazdan gəmilərin hərəkəti kəskin azalıb. Əvvəllər gündəlik 130 gəminin keçdiyi strateji su yolundan hazırda sutka ərzində cəmi 5 gəmi istifadə edir.