Rusiyada yazıçı Lyudmila Ulitskaya və rejissor İlya Xrjanovski xarici agentlərin reyestrinə daxil ediliblər.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Rusiyanın Ədliyyə Nazirliyi məlumat yayıb.
“Ulitskaya xarici agentlərin və xarici KİV-lərin təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib. Onlar yürütdükləri siyasətlə Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıblar”, - bəyanatda deyilir.
Qeyd edək ki, Ulitskaya və Xrjanovski Rusiyadan kənarda yaşayırlar.
Bundan başqa, qeydiyyatdan keçməmiş “Memorial İnsan Hüquqlarının Müdafiə Mərkəzi” ictimai birliyi, “Yardım lazımdır” xeyriyyə fondu, həmçinin Perm şəhər Dumasının keçmiş deputatı Sergey Medvedyev də reyestrə daxil edilib.