ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatların nəticələri və strateji əhəmiyyətli Hörmüz boğazının taleyi ilə bağlı danışıb.
“Qafqazinfo” “New York Post” qəzetinə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri İranın hərbi baxımdan tamamilə çökdürüldüyünü bəyan edib.
Trampın sözlərinə görə, rəsmi Tehranın artıq müqavimət göstərmək üçün heç bir resursu qalmayıb:
“Düşünürəm ki, o (boğaz) özü açılacaq. Mövqeyim belədir ki, bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”.
O, həmçinin qeyd edib ki, ABŞ qüvvələri bölgədə uzun müddət qalmaq niyyətində deyil və əməliyyatın əsas hədəfi olan “tam məhvetmə” prosesi yekunlaşmaq üzrədir:
“Biz orada çox qalmayacağıq. Sadəcə onları yer üzündən silirik. Bu, tam məhvetmədir. İran artıq bitib, orada tam xaos hökm sürür”.
Xatırladaq ki, bir qədər əvvəl Tramp İranda rejim dəyişikliyinin artıq baş verdiyini və hakimiyyətə gələn yeni qrupların daha “ağıllı” təsir bağışladığını bildirmişdi.
Son xəbərlər
Son Xəbərlər