Everest zirvəsində yeni dünya rekordları qeydə alınıb.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, nepallı məşhur alpinist Kami Rita Şerpa dünyanın ən hündür zirvəsi olan Everestə 32-ci dəfə qalxaraq özünün dünya rekordunu yeniləyib.
“Dağ Kraliçası” kimi tanınan Lakpa Şerpa isə özünün Everestə 11-ci dəfə qalxaraq bu zirvəni ən çox fəth edən qadın alpinist rekordunu təzələyib.
Nepalın Turizm Departamenti hər iki alpinisti tarixi nailiyyət münasibətilə təbrik edib. Ölkənin Baş naziri Balendra Şah da onların yenidən tarix yazdıqlarını bildirib.
Qeyd edək ki, Everest zirvəsi dəniz səviyyəsindən 8 849 metr hündürlükdə yerləşir və dünyanın ən yüksək nöqtəsi hesab olunur.

Son xəbərlər
Son Xəbərlər