Ukrayna müharibəsi başladıqdan sonra Rusiyanı tərk edən rusiyalı rejissor Andrey Zvyaqintsev “xarici agentlər” reyestrinə daxil edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Qurumun portalında dərc olunan nəşrdən bəlli olur ki, Zvyaqintsev “xarici agentlərin, eləcə də fəaliyyəti Rusiya Federasiyası ərazisində arzuolunmaz tanınmış xarici və beynəlxalq təşkilatların siyahısına daxil edilmiş qurumların qeyri-məhdud şəxslər dairəsi üçün mesaj və materiallarının yaradılmasında iştirak edib”.
Bundan əlavə, “Leviafan” və “Loveless” (“Sevgisizlik”) filmlərinin müəllifinin “Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanları tərəfindən qəbul edilən qərarlar və yürüdülən siyasət haqqında yalan məlumatlar yaydığı” bildirilir.
Xatırladaq ki, bundan əvvəl Dmitri Peskov Zvyaqintsevin Kann Kinofestivalındakı çıxışını şərh etmişdi. Kremlin rəsmi nümayəndəsi vurğulamışdı ki, quruluşçu rejissor 2014-cü ildən bəri Donbasdakı hadisələrə göz yumduğu üçün hazırda söz demək hüququna sahib deyil.
Son xəbərlər
Son Xəbərlər