Pakistanda Yeni il şənlikləri ləğv edilib

pakistanda-yeni-il-senlikleri-legv-edilib
Oxunma sayı: 2572

Pakistan Fələstinlə həmrəylik əlaməti olaraq bütün Yeni il şənliklərini qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın müvəqqəti Baş naziri Ənvar-ül-Haq Kakar yerli hakimiyyətin müvafiq qərarı verdiyini açıqlayıb.

“Pakistan xalqı üzücü bir vəziyyətdədir... Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib”, - Kakar televiziyada çıxışı zamanı deyib.