Paraqvay Azərbaycana fəxri konsul təyin edib

paraqvay-azerbaycana-fexri-konsul-teyin-edib
Oxunma sayı: 378

Paraqvay Azərbaycana fəxri konsul təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”un Türkiyə bürosuna müsahibəsində bu ölkənin mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.

O bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib.

“İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək”, - səfir deyib.