Parisdə bıçaqlı hücum - 3 yaralı

parisde-bicaqli-hucum
Oxunma sayı: 1988

Fransanın paytaxtı Parisdə vağzalda naməlum şəxs bıçaqla ətrafdakı insanlara hücum edib. 

“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, insident Qar-de-Lyon vağzalında baş verib.

Hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hücum edən şəxsi saxlayıb.