“PAŞA Real Estate” və ADA gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir

pasa-real-estate-ve-ada-gelecek-istedadlarin-inkisafinda-birge-fealiyyet-gosterir
Oxunma sayı: 868

Ötən gün Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və İtaliya Prezidenti Sercio Mattarella ADA Universitetində iki akademik binanın – “Politecnico di Milano” ilə əməkdaşlıqda yaradılmış Dizayn və Memarlıq Məktəbinin və Bolonya Universiteti ilə əməkdaşlıqda yaradılmış Kənd Təsərrüfatı və Qida Elmləri Məktəbinin açılışında iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu tarixi mərhələnin bir hissəsi olaraq, Azərbaycanın aparıcı daşınmaz əmlak şirkətlərindən biri olan “PAŞA Real Estate” gələcək istedadları yetişdirmək və tələbələri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə uğurlu karyera yolları qurmaqda dəstəkləmək üçün ADA Universiteti ilə tərəfdaşlıq qurub.

Əməkdaşlığın əsas tərkib hissəsi “Dizayn və Yaradıcılıq Mərkəzi”nin açılışıdır. Bu məkan tələbələr üçün birgə işləməyə imkan verən bir mühit yaradacaq; burada onlar real layihələr, sənaye mütəxəssisləri və sahibkarlardan mentorluq və öz ixtisas sahələrində qabaqcıl təcrübələrə çıxış əldə edərək praktiki təcrübə toplaya biləcəklər. Mərkəz universitet təhsilini peşəkar dünya ilə əlaqələndirəcək, tələbələrə həm yaradıcı, həm də texniki bacarıqları inkişaf etdirməyə və eyni zamanda onları gələcək karyeralarına hazırlamağa kömək edəcək.

“PAŞA Real Estate” şirkətinin baş icraçı direktoru (CEO) Özgür Geter bildirib ki, daşınmaz əmlak sektoru sürətlə inkişaf edir və bu, yerli kadrlara olan tələbatı artırır. Bu tərəfdaşlıq beynəlxalq ən yaxşı təcrübələrə çıxış və mühüm layihələrin hazırlanmasında real həyat təcrübəsinin birləşdirilməsi ilə sahə üzrə mütəxəssislərin inkişafını təşviq edəcək.

ADA Universitetinin akademik modeli ilə “PAŞA Real Estate”in sənaye təcrübəsini birləşdirən bu təşəbbüs gələcək nəsli real dünya problemlərini həll etmək və Azərbaycanın dayanıqlı gələcəyini fəal şəkildə formalaşdırmaq üçün zəruri olan bacarıqlar, yaradıcılıq və vizyon ilə təmin edir.

“PAŞA Real Estate Qrup” haqqında

“PAŞA Real Estate Qrup” – “PAŞA Holding”in bir hissəsidir. “PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup”, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.

www.pasharealestate.az