Paşinyan 44 günlük müharibə ilə bağlı iddiasına görə deputatı məhkəməyə verdi

pasinyan-44-gunluk-muharibe-ile-bagli-iddiasina-gore-deputati-mehkemeye-verdi
Oxunma sayı: 543

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif “Güclü Ermənistan” fraksiyasından olan deputat Edqar Kazaryanı məhkəməyə verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Factor” nəşri məlumat yayıb.

Səbəb Kazaryanın sentyabrın 27-də verdiyi müsahibə olub. Müsahibədə deputat iddia edib ki, Paşinyan 44 günlük müharibə zamanı Xankəndidəki komanda-qərargah məntəqəsində keçirilən müşavirə zamanı əldə etdiyi məlumatları Azərbaycan tərəfinə ötürüb.

Paşinyan məhkəmədən deputatın bu iddiaları açıq şəkildə təkzib etməsini istəyib. Tələbə əsasən, Kazaryan dediklərini təkzib etməli, yaydığı məlumatların tamamilə yalan olduğunu, həqiqətə uyğun gəlmədiyini və Baş nazirə böhtan atdığını bəyan etməlidir. 

Bundan əlavə, Paşinyan deputatdan kompensasiya olaraq 6 milyon dram (təxminən 28 min AZN) tutulmasını xahiş edib.

İddia ərizəsi oktyabrın 1-də məhkəməyə təqdim edilib.