Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “NEWS.am” yayıb.
Paşinyan cari ildə artıq ikinci dəfədir sözügedən kəndə səfər edir.
Xatırladaq ki, o, mart ayında Əskiparaya getmişdi.
***
N.Paşinyan Əskipara sakinləri ilə görüş keçirib.
Görüşün artıq başa çatdığı bildirilsə də, detallar açıqlanmayıb.