“Pasxa atəşkəsini 6 min dəfə pozublar”

pasxa-ateskesini-6-min-defe-pozublar
Oxunma sayı: 266

“Kiyev hakimiyyəti Pasxa atəşkəsini pozaraq sülh istəyi nümayiş etdirməyib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəs əmri verməyib və Ukrayna Silahlı Qüvvələri “səssizlik rejimini” 6 mindən çox dəfə pozub.

Zaxarova qeyd edib ki, atəşkəs Vladimir Putin tərəfindən elan olunub və 32 saat davam edib.