Almaniya Müdafiə Nazirliyi ABŞ-NATO razılaşması çərçivəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin satın alınması üçün koordinasiya prosesinin davam etdiyini və tədarüklərin başlanıb-başlamadığı barədə nazirliyin məlumatı olmadığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin sözçüsü Mitko Müller jurnalistlərə bildirib:
“Hansı sistemlərin tədarük ediləcəyi də daxil olmaqla konkret şərtlərin razılaşdırılması prosesi davam edir. Hazırda yeniliyin olub-olmadığını təsdiqləyə bilmərəm. Bu mövzuda heç bir məlumatım yoxdur. Sistemlərin Kiyevə çatdırılması aylarla çəkə bilər. Çünki bu sistemləri şkafdan çıxarıb vermirik”.
Son xəbərlər
Son Xəbərlər