Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir söylədi - Video

pezeskianin-qizi-bakida-azerbaycan-dilinde-seir-soyledi
Oxunma sayı: 1250

Bu gün İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycana səfər edib.

“Qafqazinfo” “Bakı vaxtı.az” portalına istinadən xəbər verir ki, İran liderinin qızı Bakıda “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” adlı konfransa qatılıb.

Zəhra Pezeşkian tədbirdə çıxışını Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir bəndlə yekunlaşdırıb:

Əmməcanın bal bələlsin yeyərdim,

Sondan durub üs donumu geyərdim,

Baxçalarda tiringəni deyərdim,

Ay özümü o əzdirən günlərim,

Ağac minib, at gəzdirən günlərim.

Həmin görüntüləri təqdim edirik: