Polis 3 avtomat, 4 tüfəng aşkar etdi

polis-3-avtomat-4-tufeng-askar-etdi
Oxunma sayı: 2061

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı, 33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.