Polis əməkdaşı bədbəxt hadisə nəticəsində həyatını itirdi

polis-emekdasi-bedbext-hadise-neticesinde-heyatini-itirdi
Oxunma sayı: 8671

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.

Araşdırma aparılır.