Polis polkovnik-leytenantı yeni vəzifəyə təyin edildi

polis-polkovnik-leytenanti-yeni-vezifeye-teyin-edildi
Oxunma sayı: 15451

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Pərviz Məmmədov vəzifədən azad olunub.

Digər əmrlə Pərviz Məmmədov Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin edilib.

Nizam Rza