Polis RATİ-ni mühasirəyə aldı- - Yenilənib (2 dəfə)

polis-rati-ni-muhasireye-aldi-
Oxunma sayı: 1959


"Qafqazinfo" Bizimyol.info-ya istinadən xəbər verir ki, RATİ əməkdaşlarından biri bildirib ki, binanın ətrafında polis ve mülki geyimli şəxslər var. 

Digər RATİ əməkdaşı Günay İsmayılova isə öz facebook səhifəsində ofisin polis və mülki geyimlilər tərəfindən mühasirəyə alındığını yazıb. 

***

Reportyorların Azadlığı və Təhlükəsisliyi İnstitutunun (RATİ) yerləşdiyi ərazini polis və mülki geyimlilər mühasirəyə alıb.

Bir qrup mülkigeyimli RATI-nin ofisinə girməyə cəhd edir. Bu barədə AzadlıqRadiosuna ofisdə olan təşkilat əməkdaşı Günay İsmayılova məlumat verib.

«Biz 6-7 əməkdaş içəridəyik. Onlar yarım saat əvvəl gəliblər, bizdən tələb edirlər ki, qapını açaq biz də açmırıq. Biz onları içəri buraxmağa qorxuruq. Emin Hüseynov da yoxdur. Bəlkə də artıq onu saxlayıblar.».

«ƏRAZİDƏ JURNALİSTLƏRİN ÇƏKİLİŞ APARMASINA İMKAN VERİLMİR»

 Bu barədə hadisə yerində olan Azadlıqradiosunun müxbiri Yafəz Əkrəmoğlu məlumat verib.

«RATİ-nin ofisinin qarşısında bir mayor və bir neçə mülkigeyimli var. Onlar heç bir məlumat vermirlər. Bundan başqa jurnalsitlərin çəkiliş aparmasına imkan verilmir. Jurnalistləri ofisin qarşısından çıxarmaq üçün əraziyə əlavə polis çağırılıb. Burda olan mayor dedi ki, bir azdan bu əraziyə giriş-çıxış bağlanacaq».

MÜLKİGEYİMLİLƏR OFİSİN SAHİBİ İLƏ DANIŞIQLAR APARIR

RATİ əməkdaşları mülkigeyimlilərə qapını açmadığı üçün ofisin sahibi əraziyə çağırılıb və hazırda polis və mülkigeyimlilər onunla qapını açmaq üçün müzakirələr aparırlar.

Jurnalistlər RATİ-nin ofisi qarşısından uzaqlaşdırılıb. Bundan sonra polislər təşkilatın ofisinə hər iki istiqamətdən olan girişi bağlayıblar.

RATİ-nin ofisinə gələnlərin prokurorluq əməkdaşları olduğu bildirilir.

***

Meydan TV xəbər verir ki, RATİ-yə daxil olan şəxslər Respublika Prokurorluğunun əməkdaşıdırlar, istintaq hərəkətlərinə əsasən polisin müşahidəsiylə ofisdə axtarış aparacaqlar