Binəqədidə küçədən neft çıxır? - Video

bineqedide-kuceden-neft-cixir
Oxunma sayı: 2377

Binəqədi rayonu Biləcəri qəsəbəsi 10 May küçəsində yerdən neft çıxması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Elnurə Abuşova sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, sakinlər tərəfindən aidiyyəti qurumlara müraciət olunsa da, problem aradan qaldırılmayıb. Videodan da neftə bənzər məhsulun küçə boyu axdığı aydın görünür.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən məsələ ilə bağlı aidiyyəti quruma müraciət edilib.

Mövzu barədə Dövlət Neft Şirkətinə (SOCAR) də sorğu ünvanlamışıq.