Bulvarda dənizə düşən şəxs xilas olundu

bulvarda-denize-dusen-sexs-xilas-olundu
Oxunma sayı: 505

Bakı bulvarında dənizə düşən şəxs xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 7-si saat 02 radələrində baş verib.

Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nurlan Babayev Dənizkənarı Milli Parkda dənizə düşüb.

Boğulmaq təhlükəsi ilə üzləşən gənci ərazidəki polis əməkdaşları xilas edərək sudan çıxarıb. O, aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.