“Bank Respublika”da girov qoyulan qızıl nə qədər ağır olsa, faiz endirimi bir o qədər böyük olacaq!
Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. “Bank Respublika”da isə ağırlıq sizə daha çox qazandıracaq.
Müştərilərini hər zaman maraqlı və sərfəli təkliflərlə sevindirən “Bank Respublika” lombard krediti müştəriləri üçün yeni “Ağır ol, qazan!” kampaniyasına start verib.
Kampaniya çərçivəsində müştərilər tərəfindən girov qoyulan qızıl-zinət əşyalarının çəkisi nə qədər ağır olarsa, lombard krediti üzrə tətbiq olunan faiz endirimi də bir o qədər böyük olacaq.
Kreditin şərtləri:
Kredit məbləği – 50 000 AZN-dək;
Kredit müddəti – 48 ayadək;
Faiz dərəcəsi – illik 18%-dən.
Qeyd edək ki, müştərilər tərəfindən girov qoyulan qızıl-zinət əşyaları kredit müddəti ərzində “Bank Respublika”da yüksək təhlükəsizlik standartlarına uyğun şəkildə qorunur və etibarlı şəraitdə saxlanılır.
Kampaniya 31 avqust 2026-cı il tarixinədək davam edəcək.
Ağır olun, kredit faiziniz yüngül olsun!
Son xəbərlər
Son Xəbərlər