İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi və səfirliyin əməkdaşları Şamaxı rayonuna səfər edib.
“Qafqazinfo” xəbər verir ki, səfər zamanı səfir Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovla görüşüb.
Görüş zamanı Şamaxı rayonunun tarixi və müasir sosial-iqtisadi inkişafı barədə söz açılıb.
Rayona səfəri çərçivəsində səfir Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə Məscidi, Kələxana türbələri kompleksi, Şamaxı Yaradıcılıq Mərkəzi və Şamaxı Astrofizika Rəsədxanasını ziyarət edib, o cümlədən, Meysəri kəndində yerləşən “Şirvan Şərabları” müəssisəsi və Alpaka ferması ilə də tanış olub.







Son xəbərlər
Son Xəbərlər