“Aylarla, illərlə internetə öyrəşmiş uşağın əlindən onu alanda bu, aqressiya, təşviş pozuntularına, hətta intihar hadisələrinə qədər gətirib çıxara bilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib.
“Bəzən eşidirik ki, uşaqlar naməlum səbəbdən intihar edib. Çox vaxt uşağı intihar edən valideynlə söhbət edəndə deyirlər, biz heç vaxt hiss etməmişik ki, onda hansısa vəziyyət dəyişib. Kompüter oyunları da uşağın psixikasına, intiharına səbəb olur. Cəmiyyətdə yayılmış “Göy balina” oyunu realizə olunmuş intiharların səbəbi olub.
Qeyd edim ki, hər bir qadağa bir reaksiya yaradacaq. Buna görə də, qadağan etdiyimiz halda onlara alternativ tətbiqlər barədə düşünməliyik. Onlar o vaxtını nəylə dolduracaqlar, bu, çox önəmlidir”, - rektor qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər