Polisə bu yolla daha tez müraciət edə biləcəksiz! - Video

polise-bu-yolla-daha-tez-muraciet-ede-bileceksiz
Oxunma sayı: 3679

Vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək.

“Qafqazinfo” xəbər verir ki, bunla bağlı E-Polis tətbiqi istifadəyə verilib.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, yeni tətbiqlə yanaşı e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir.

Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək DİN-in səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatların əldə edilməsi, sənədlərin nəzərdən keçirilməsi və cərimələrini onlayn qaydada ödənilməsi mümkündür.

E-Polis tətbiqini App Store və ya Google play-dən yükləmək mümkündür.