Müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakı təmin olunub - DİM

mueyyen-qeder-geciken-sexslerin-imtahanda-istiraki-temin-olunub
Oxunma sayı: 1519

Bakıda müşahidə olunan hava şəraiti ilə əlaqədar magistraturaya qəbul imtahanına müəyyən qədər gecikən şəxslərə şərait yaradılıb və onların imtahanda iştirakı təmin olunub. Hazırda imtahanlar davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, DİM-dən məlumat verilib.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəran şəhərlərində keçirilir.