Prezident Zaur Hüseynovu işdən çıxardı

prezident-zaur-huseynovu-isden-cixardi
Oxunma sayı: 7696

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Z.Hüseynov bu vəzifəyə 2014-cü ildə təyin olunmuşdu. O, bu vəzifədə mərhum Tağı Əhmədovu əvəzləmişdi.